Ekspert 2016-cı ilin qorxunc sosial-iqtisadi mənzərəsini çəkib

Manatın taleyi milli iqtisadiyyatın durumundan daha çox asılı olacaq. Amma bu qeyri-müəyyən müddətdə Azərbaycanı ağır sosial sarsıntılarla müşayiət edilən qeyri-sabit iqtisadiyyatla üzləşəcək. Ekspertlər belə bir qorxunc mənzərə vəd edir.
 
İqtisadçı Qubad İbadoğlunun fikrincə, qiymətlər artacaq. Vətəndaşlar ərzağın bahalanmasını daha çox his edəcək. Bu fonda əhalinin rifah səviyyəsi pisləşəcək. Yoxsulluq artacaq, ailə büdcəsinin strukturunda əsas xərclər ərzağa gedəcək, əhali təhsil və səhiyyə xərclərinə qənaət edəcək. İşsizlik, emiqrasiya artacaq.
 
Hökumət bu şəraitdə hansı addımlar atmalıdır? Ekspert hesab edir ki, hökümət manatın dəyərsizləşməsinin təsirlərini neytrallaşdırmaq üçün sosial proqramları genişləndirməldir. İqtisadiyatda islahatlar aparmalı, azad biznesi və rəqabəti dəstəkləməli, biznesin çıxış vəziyyəyini yaxşılaşdırmaq üçün ümumi vergi amnitsiyası elan etməldiir.
 
Qubad İbadoğlunun fikrincə, AMB azad yox, "tənzimlənən üzən məzənnə siyasəti"nə üstünlük verməlidir. Xarici valyuta gətirilməsi və çıxarılması tam liberallaşdırılmalıdır. Bank sahəsində vəziyyətin yaxşılaşdırılması üçün uçot dərəcəsi azaldılmalı və bank kapitalının konsolidasiyası təşviq edilməlidir.

Google+ WhatsApp ok.ru