Fazil Məmmədov 7 milyard toplaya biləcəkmi?

Qadir Ibrahimli: «Qeyri-leqal yığımların yarısı leqallaşsa neftin qiymətinin azalmasına görə dəyən zərəri kompensasiya etmək olar»

Neftin qiymətdən düşməsi demək olar ki, bütün sahələr öz təsirini göstərməkdədi. Iş yerləri qapadılır, gəlir götürə bilməyən obyektlər icarəyə verilir, ixtisarlar kütləviləşir, dövlət qurumları ləğv edilir və.s. Bu isə eyni zamanda vergi ödəyicilərinin azalması deməkdir. Nəticədə dövlət büdcəsinə milyonlarla vəsaitin daxil olmaması  prosesi baş verir. Ekspertlərin proqnozuna görə, zaman keçdikcə vergi ödəyiciləri daha da azalacaq.  
 
Amma 2015-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırıb. Bunun 4 milyard 812ÿmln.manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Bu, 2014-cü ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur.
 
Indiki şərtlər daxilində Vergilər Nazirliyinin bu qədər vəsaiti yığa bilməsi real görünmür. Digər tərəfdən vergi ödəyicilərinə əlavə pul yükləmək də real görünmür. Belə olacağı halda vergi ödəyiciləri fəaliyyətlərini dondurmağa məcbur olacaqlar. Çünki, bütün xərclərdən sonra ortaya çıxan rəqəmlər mənfəət vəd etmir. Digər tərəfdən vəsaitin 67 faizinin qeyri-neft sektorundan daxil olacağı da absurd görünür. Çünki, ölkədə qeyri-neft sektorunun yükü olduqca cüzidir və bu sektor da dolayısı ilə neft sektorundan asılı vəziyyətdədir. Əgər hökumət doğurdan da belə bir öhdəliyə əməl etmək istəyisə, qeyri-leqal vergiləri də dövriyyəyə qoşmalıdır.
 
Maide.az xəbər verir ki, iqtisadçı ekspert Qadir İbrahimli "Azadlıq" qəzetinə bildirib ki, bu il vergi ödəmələrində xeyli azalmalar müşahidə olunancaq: “Qeyri-neft sektorunda vergilərin toplanması bu il ciddi problemlər  yaradacaq. Çünki, qeyri-neft sektorunun özü də xeyli dərəcədə neft gəlirlərindən asılıdır. Məsələn, iri tikinti şirkətləri neft pulları hesabına iri dövlət sifarişlərinə cəlb olunurdu. Bu səbəbdən də şirkətlərin, xüsusilə də iri şirkətlərin vergi ödəmələrində ciddi azalmalar olacaq. Eyni zamanda kiçik və orta müəssisələrin də vergi ödəmələri azalacaq. Çünki, kiçik və orta müəssisələr də neft pullarından dolayısı ilə faydalan bilirdi. Məslən, hansısa bir şirkət iri dövlət sifarişinin bir kompenentinin icrasına podratçı kimi cəlb olunurdu”.
 
Ekspert onu da əlavə etdi ki, qeyri-leqal yığımların leqallaşması hesabına vəziyyəti kompensasiya etmək olar: “Gömrük rüsumlarını da daxil etsək, ölkənin vergi potensialı böyükdür. Təəssüflər olsun ki, bu potensialın bir hissəsi  büdcəyə cəlb olunmur. Kobud ifadə etsək, oğurlanır. Təxmini hesablamalara görə gömrük xidmətində mənimsənilən vəsaitin  həcmi 10 milyard manata yaxındır. Bir o qədər vəsaiti də vergi orqanları ”xərac"kimi iş adamlarından yığırlar. Bu vəsaitin ən azı yarısı leqallaşsa neftin qiymətinin azalmasından dəyən ziyanı kompensasiya etmək olar".

Google+ WhatsApp ok.ru