Hicablı müsəlman qadın - sürətlə qayayadırmanma idmanı üzrə dünya çempionu oldu

İranlı idmançı Fərnaz İsmailzadə sürətlə qayayadırmanma idmanı üzrə dünya çempionu olub.  
 
Maide.Az xəbər verir ki, hicablı idmançı milli komandanın üzvü, məşqçi və sürətlə qayayadırmanma idmanı üzrə hakim kimi fəaliyyət göstərir. F. İsmailzadə mütləq dünya çempionluğu ilə yanaşı, həm də bu idmanda ölkəsinin tarixində mütləq rekorda sahibidir. 
 
Həmçinin, idmançının aktivində Asiya çempionatının qızıl və gümüş medalları var.
 
Qayayadırmanma idmanı üzrə Kanadada keçirilən son dünya çempionatında Fərnaz İsmailzadə dağın ən yüksək zirvəsinə qalxaraq, qızıl medala sahib çıxıb. /

Google+ WhatsApp ok.ru