İmam Hüseynin (ə) şerlər toplusu kitabı nəşr olundu

İmam Hüseynin (ə) şerləri toplanmış “əl-Qəmər-ul-Munir” adlı kitab nəşr olunub. 
Maide.az xəbər verir ki,  kitabda  İmam Hüseyn (ə) şerləri 4 dildə - ərəb, fars, urdu və ingilis dillərində - toplanıb. “İmam Hüseynin (ə) dünyanın dəyərsiz olması, məada diqqət və əxlaqi mövzularda şerləri kitabda toplanıb”,-deyə kitabın müəllifi höccətül-islam Davud Komeycani deyib. 
D.Komeycani bildirib ki, bu şerlər tarix və İmam Hüseyn (ə) məktəbindən yeni sahələrini   bizlərə aydınlaşdırır. “Şerlər ərəb dilindən fars, ingilis və urdu dillərinə tərcümə olunub. Kitabda şerlər həmçinin mövzu və məfhumlarına uyğun olaraq beş fəsldə - əxlaq, siyasət,  inanc (əqidə) ,sosial və ailə mövzularında - toplanıb.”
Onun sözlərinə görə, kitabda İmam Hüseynin (ə) mötəbər tarixi kitablarda göstərilimiş şerləri toplanılıb. /
 
 
 

Google+ WhatsApp ok.ru