Natiq Cəfərli azadlığa buraxılıb

Natiq Cəfərli azadlığa buraxılıb

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.
 
Bu barədə vəkili Cavad Cavadlı özünün "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Nəsimi rayon məhkəməsi N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.
 
N.Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun təqdimatı əsasında verildiyini qeyd edib.
 
"Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir", - deyə o vurğulayıb.
 
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir. /

Google+ WhatsApp ok.ru