Pərviz Həşimli vəkilləri ilə görüşə bilmir

Həbsdəki jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli karantindən çıxıb. Jurnalist ailə üzvləri ilə telefon əlaqəsi saxalayarkən bu barədə məlumat verib. Xatırladaq ki, jurnalist yanvar ayının əvvəlində saxlanma şəraiti ən ağır hesab olunan, Qaradağ rayonunda daş karxanalarının əhatəsində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. 
 
Maide.az xəbər verir ki, Pərviz Həşimli bu həbsxanaya köçürüldükdən sonra vəkilləri ilə görüşə bilməyib. Jurnalist bundan çox narahatdır. Bu barədə "Bizimyol"a açıqlama verən vəkil Elçin Sadıqov bildirdi ki, Pərviz Həşimli ilə görüşmək üçün Penitensiar Xidmətə məktubla müraciət edib, amma hələ ki, məktuba cavab verməyiblər. 
 
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunub. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamları, qəbul etmir, sifarişlə həbs olunduğunu bəyan edib. Beynəlxalq hüquq müdafiə təşkilatı Amnestey İnternasional jurnalisiti vicdan məhbusu elan edib.

Google+ WhatsApp ok.ru