İslamçı məhbus-jurnalist Araz Quliyevdən xəbər var

Ötən gün, vəkil İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) baş redaktorla görüşüb.
 
Vəkil Yavər Hüseynov cenubnews.com internet qəzetinin baş redaktoru, islamçı məhbus Araz Quliyevlə görüşüb. Y. Hüseynov A.Quliyevin səhhətinin yaxşı olduğunu qeyd edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi məhbusun vəziyyəti normaldır. A.Quliyev vəkilindən hamıya salamını çatdırmağı xahiş edib.
Vəkil onu da qeyd edib ki, yaxın günlərdə A.Quliyevin "tubzon"dan 14 saylı CM-ə qaytarılması gözlənilir.
 
Vəkilin sözlərinə görə, A.Quliyev bildirib ki, yaxın günlərdə 14 saylı CÇM-ə qaytarılmalıdırlar.(islamazeri)

Google+ WhatsApp ok.ru