Ötən il Azərbaycanda 140 məhkum ölüb

Ötən il Azərbaycanda 140 məhkum ölüb

Ötən il Azərbaycanda 140 məhkum və ya həbs olunmuş şəxs vəfat edib. Bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib.
 
O. Məmmədovun sözlərinə görə, 2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər, yaxud 3,2 faiz azalıb ki, bu, amnistiya aktının tətbiqi ilə bağlıdır. 
 
O. Məmmədov deyib ki, 2016-cı il ərzində İşgəncələrə Qarşı Avropa Komitəsi və BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun əməkdaşları Azərbaycana səfər ediblər.
 
“Nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Görüş zamanı nümayəndə heyəti müəyyən iradlarını bildirib və tövsiyələrini verib. Aşkarlanan nöqsanlar üzrə nazirin göstərişi əsasında araşdırmalar aparılıb”. /

Google+ WhatsApp ok.ru