Türkiyədə Əhli - Beyt (ə) aşiqlərinin əzadarlıq mərasimləri -foto

Türkiyədə  Əhli-Beyt (ə) aşiqlərinin əzadarlıq mərasimləri keçirilir. 
Maide.az-ın məlumatına görə,  Əhli-Beyt sevənlərdən ibarət minlərlə  nəfər tasua gecəsində İstanbul şiələrinin Əbu-Talib və digər məscidlərində sinə vurub İmam Hüseyn şəhadəti münasibəti ilə gözyaşı töküblər.
Mərasimlər ölkənin paytaxtı Ankara, İstanbul, Çorum, İğdır, İzmir, Elazığ, Hatay və Bursa şəhərlərində çoxlu sayda Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir.
Hər axşam məscidlərdə şam namazının qılınmasından sonra əzadarlıq mərasimləri başlayır. Mərasimlərdə mərsiyələr, nohələr deyilir, Kərbəla hadisələri, imam Hüseynin (ə) şəxsiyyəti və həyatı barədə danışılır, dualar oxunur.
Gündəlik mərasimlər İstanbulun Halkalı qəsəbəsində yerləşən Zeynebiyyə   və Əbu-Talib məscidlərində Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir.  /
 
 

Google+ WhatsApp ok.ru