Yaqlandın Əliyevdən sənədləri istəməsi ona verilən mesajdır

Ələsgər Məmmədli: «Yəni, növbəti repressiv addımlar atılsa, ikitərəfli əməkdaşlığa və iqtisadi-siyasi sahədə münasibətlərə xələl gələ bilər»

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus vəÿonun həyat yoldaşı, tarixçi alim Arif Yunusun uzun müddətə azadlıqdan məhrum edilməsinə dair hökm beynəlxalq birliyin kəskin etirazına səbəb olub. ABŞ Dövlət Departamenti, senatorlar, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, IşgəncələrÿƏleyhinəÿÜmumdünya Təşkilatıÿvə digər nüfuzlu təşkilatlar Yunuslara qarşı məhkəməÿhökmünüÿpisləyərək, bunu onların ictimai-siyasi fəaliyyətinəÿcəzalandırılması kimi qiymətləndirib.
 
Məsələn, Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan hökumətindən Leyla və Arif Yunusların barəsindəki cinayət işinin materiallarını istəyib.
 
“Azərbaycanın məhkəməÿsistemindəÿhamıya bəlli olan sistematik çatışmazlıqları, bu ölkədə hüquq müdafiəçilərinə, jurnalistlərəÿqarşı hücumları vəÿbütün bunların ölkədəÿsöz azadlığına ciddi zərbəÿvurduğunu nəzərəÿalan baş katib hesab edir ki, bu işlərəÿson nəticədəÿAvropa Insan Haqları Məhkəməsindəÿbaxılmalıdır”, - deyə baş katibin sözçüsü bildirib.
 
Siyasi məhbusların işi üzrə materialların tələb olunması Azərbaycanda ictimai-siyasi fəallara qarşı repressiyalara beynəlxalq aləmin sərt təpkisi kimi dəyərləndirilə bilər. Çünki bu fakt Azərbaycanın məhkəmə sisteminin etibarsız hesab olunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq qurumların ölkədə siyasi fəaliyyətinə görə həbs olunan vətəndaşların azadlığa buraxılması istiqamətində quru söz və bəyanatlardan ciddi əmələ keçməsi anlamına gəlir.
 
Son olayları şərh edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, Yunusların barəsində çıxarılan kifayət qədər sərt hökm Azərbaycanın siyasi aləmində indiyə qədər gedən proseslərin davamıdır. Başqa sözlə, bu hökm Intiqam Əliyev, Rəsul Cəfərov, Ilqar Məmmədov, Tofiq Yaqublu kimi şəxslərə qarşı münasibətin davamıdır: “Bu prosesin davam etməsi onu göstərir ki, növbədə jurnalist Xədicə Ismayıldır. Bu gün Azərbaycanda ədalət mühakiməsi sistemi konkret olaraq qisas prosesinə yardım predmetinə çevrilib. Hakimiyyətin kimdənsə xoşu gəlmirsə,ÿonu məhkəmə vasitəsilə cəzalandırır. Bu da təbii ki, məhkəmə sisteminin müstəqil olmamasının bariz nümunəsidir. Bu, eyni zamanda, insan hüquq və azadlıqlarını müdafiə edənləri fəaliyyət göstərə bilməmək təhlükəsilə üz-üzə qoyur”.
 
Hüquqşünas vurğulayır ki, Qərb strukturları Azərbaycan hakimiyyətindən təməl prinsip olan insan hüquqlarının qorunmasını tələb edir. Yəni, onlar üçün fərdlərin önəmi yoxdur, sadəcə, ölkədə hökumətin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini, dəyərin qorunmasını tələb edirlər: “Çünki Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə müəyyən öhdəliklər götürüb və bu öhdəliklərə əməl etməyə borcludur. Lakin Azərbaycanın Avropa Şurasına üzv olmasından sonra ölkədə bir çox problemlər dərinləşib. Bu problemlərin nəticəsi olaraq, Avropa Insan Haqları Məhkəməsinin siyasi motivlərlə həbs olunan şəxslərin azad olunması tələbləri gündəmə gəlib. Hökumət isə bu tələblərə hələ ki, müsbət reaksiya vermir”.
 
Ələsgər Məmmədli xatırladır ki, Avropa Şurası Nazirlər Komitəsinin son toplantısında Azərbaycan hakimiyyətinə əməli tədbirlərin görülməsilə bağlı bir sıra tövsiyələr verildi: “Həmin tövsiyələr təkcə siyasi məhbuslarla bağlı deyildi, eyni zamanda, siyasi sistemin yumşaldılması, problemlərin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı etimadın yaradılması ilə bağlı idi. Avropa Şurası həmişə Azərbaycan hökumətinə tolerant davranıb. Məhz bu tolerantlıq Azərbaycan hakimiyyətinin öz öhdəliklərini arxa plana atması ilə nəticələnib və siyasi mənzərədə yeni bir yol cızılmasına gətirib çıxarıb”.
 
Avropa Şurası baş katibinin siyasi məhbusların işilə bağlı sənədləri istəməsinə gəlincə, hüquqşünas deyir ki, bu, hakimiyyətə qarşı açıq mövqe nümayişi anlamına gəlir: “Hakimiyyətə mesaj verilir ki, növbəti repressiv addımlar atılacağı halda, ikitərəfli əməkdaşlığa və iqtisadi-siyasi sahədə münasibətlərə xələl gələ bilər”.

Google+ WhatsApp ok.ru