`Yuventus` klubu yeni rekorda imza atıb - VİDEO

`Yuventus` klubu yeni rekorda imza atıb - VİDEO

Komanda evdə qazanılan ardıcıl qələbələrin sayını 26-ya çatdırıb
 
Futbol üzrə İtaliya çempionatının 19-cu turunda "Yuventus" öz meydanında "Bolonya" üzərində 3:0 hesablı qələbə qazanıb.
 
Oyunda Qonsalo İquain dubla imza atıb (7 və 54-cü dəqiqələr), daha bir qolu isə penaltidən Paulo Dibala vurub (41).
 
Turin klubu aktivində 45 xal ilə turnir cədvəlində liderliyini əminliklə davam etdirir. Yaxın izləyicisi "Roma" "Yuventus"dan 4 xal geri qalır.
 
"Yuventus" evdə qazanılan ardıcıl qələbələrin sayını 26-ya çatdıraraq İtaliya çempionatları tarixində rekord müəyyən edib. (report) /

Ювентус - Болонья (Обзор матча) "MyFootball.ws" от MyFootball.ws - Футбол онлайн на Rutube.

Google+ WhatsApp ok.ru