`Zalımların İran xalqı ilə düşmənçiliyinin əsas səbəbi İslam Respublikasının onları qəbul etməməsidir`-FOTO

Ali Lider Ayətullah Seyyid Əli Xamenei şənbə günü günortadan sonra bir qrup tələbə və tələbə qurumlarının nümayəndələri ilə görüşüb. 
Maide.az xəbər verir ki, görüşdə çıxışı zamanı Ayətullah Xamenei deyib ki, dünyada güc dili ilə danışanların İran xalqı ilə düşmənçiliyinin əsas səbəbi İslam Respublikasının imperialist quruluşu qəbul etməməsidir. 
Görüşdə tələbələrin problemləri, tələbləri, tənqidləri və təkliflərini dinləyən Ayətullah Xamenei  müxtəlif məsələlər, o cümlədən region məsələləri, İran xalqının zülmə qarşı etirazının davam etdirməsi və tələbələrin gündəm məsələləri barəsində çıxış ediblər. 
Ayətullah Xamenei görüşdə mübarək Ramazan ayının son günlərinin yaxınlaşdığını xatırladıb və bildirib ki, hər kəs bu mənəviyyat və səfa ilə dolu baharda ürəyini ilahi rəhmət və lütfün təsiri altına salarsa, gələcəkdə bu mənəviyyat meyvələrinin bəhrəsini görəcək. 
Ali Lider əlavə edib ki, dünyanın güc dili ilə danışanlarının İran xalqı ilə düşmənçiliyinin əsas səbəbi İslam Respublikasının müstəmləkəçi və imperializmə əsaslanan sistemi qəbul etməkdən çəkinməsidir.  
 Ayətullah Xamenei İranın regionda möcüzəvi və mənəvi iştirakı və nüfuzunu tələbə qurumlarının diqqət yetirməli olduğu digər reallıqlardan adlandırıblar. "Xəbərimiz var ki, amerikalılar və regionun mürtəceləri gizli icaslarında İranın regiondakı nüfuzu barədə bir-birləri ilə dərdləşirlər. Lakin əllərindən də bir iş gəlmir."
Ayətullah Xamenei  Yəmənin 100 günlük bombardman edilməsi və bu ölkədə günahsız və məzlum vətəndaşların vəhşicəsinə kütləvi qırğın edilməsinə toxunaraq əlavə edib ki,  liberal və azadlıqsevərlik iddiasında olan qərb səudiyyəlilərin bu cinayəti qarşısında sükut edir və Təhlükəsizlik Şurası ən utandırıcı qətnamələrindən birində bombardman edənlərin əvəzinə, bombardmana məruz qalanları pisləyir. 
Ayətullah Xamenei Yəmənin yaşayış massivlərinin bombardman edilməsinin əsas səbəbini səudiyyəlilər və tərəfdarlarının İranın regiondakı nüfuzundan qəzəblənməsi adlandırıb və bildirib ki, İddiaların əksinə olaraq İslami İranın regiondakı nüfuzu fiziki deyil, ilahi bir lütfdür."İmperializm və müstəmləkəçiliklə mübarizə Quran əsaslarına əsasən heç vaxt dayana bilməz və hazırda Amerika imperializmin ən kamil meyarıdır.  İmperializmlə mübarizə inqilab və əsaslı işlərin bir hissəsidir. Buna görə də imperializmlə mübarizəni davam etdirmək üçün özünüzü hazırlayın"
Avropalı gənclərin depressiyasının nümunəsi kimi onların İŞİD terror qruplaşmasına qoşulmağını və özünü partlatmaqla intihar etməsini göstərən  Ayətullah Xamenei bildriib ki, həmin depressiyada olan Avropalı gənclərin qarşısında isə , oruc tutan və Qədr gecəsini əhya saxlayan iranlı gənc duru ki, onlar  Qüds günü yürüşü üçün yayın isti günündə küçəyə gəlir, başıucadır, şaddır və depressiyadan çox-çox uzaqdır. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru