“Ölkədə vətəndaş cəmiyyətlərinin durumu daha ağırdır”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlamasında ölkədəki vətəndaş cəmiyyətlərinin durumunu şərh edib. M.Qəhrəmanlının qənaətincə, bu gün vətəndaş cəmiyyətlərinin vəziyyəti siyasi partiya və jurnalistlərin durumundan daha mürəkkəb və çətindir:
“Hal-hazırda müxtəlif problemlərlə üzləşən, qanunvericiliyin sərtləşməsinə görə fəaliyyətləri məhdudlaşdırılan, daima təyziq altında olan vətəndaş cəmiyyətidir. Ona görə ki, məhz ölkədə olan problemləri araşdıran, gündəmə gətirən, insan hüquqlarını müdafiə edə biləcək qüvvə vətəndaş cəmiyyətidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətlərinin durumu daha ağır, daha risklidir”.

Google+ WhatsApp ok.ru