Əli Kərimli: AXCP hakimiyyətə alternativ olan qüvvədir

Azərbaycan Xalq Cəbhəsi partiyası (AXCP) bazar günü Bakının Əmican qəsəbəsindəki Səttar Bəhlulzadə adına sarayda növbəti VIII qurultayını keçirib.
 
 Öncə qurultayın say, mandat komissiyası, katiblik, sədarət kimi işçi orqanları seçilib.
 
Qurultayda öncə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri kimi çıxış edən AXCP sədri Əli Kərimli qurultaya 65 yerli təşkilatdan 358 nümayəndə seçildiyini, Naxçıvan da daxil olmaqla 7 rayonda isə konfrans keçirilməsinə icazə verilmədiyini bildirib. Nümayəndələrin 300-dən çoxu tədbirə qatıldıqları üçün Ə.Kərimli qurultayı baş tutmuş sayıb. 
 
   Daha sonra Ə.Kərimli hesabat məruzəsilə çıxış edib. İlkin olaraq son 10 ildə partiyanın hakimiyyət tərəfindən ən ciddi basqılara, təzyiqlərə məruz qaldığını, üzvlərinin həbslə alındıqlarını deyən AXCP sədri bununla belə “real müxalifət” mövqeyindəın geri çəkilmədiklərini, ayaqda olduqlarını nəzərə çatdırıb. O, bu fikrini qurultaya çatdırmaq istədiyi ən əsas mesaj adlandırıb.
 
  Daha sonra partiyanın 2000-ci ildən, yəni, partiyanın ilk sədri, eks-perzident Əbülfəz Elçibəyin vəfatından sonra hakimiyyət tərəfindən müxtəlif çaplı təzyiqlərə məruz qalmasını xatırladıb. Onun fikrincə, bu təzyiqlərdən məqsəd partiyanı dağıtmaq olub və hətta adı müxalifət olan qüvvələrə də bu məsələdə hakimiyyətə dəstək verib. AXCP sədri partiyanın bütün bu təzyiqlərin önündə duruş gətirdiyini söyləyib. O, 10 ildir ki, partiyanın qərargahsız fəaliyyət göstərməyə məcbur edildiyini deyib. Bir dəfə partiya ofisinin qapısının qaynaqlandığını, başqa bir halda isə qərargahın partladıldlığnı xatırladıb. “Bununla belə, partiyanın bütün qurumları saat mexanizmi kimi işləyir, müxalifət partiyaları arasında ən güclü sturkurlaşmış partiyadır”-deyə Ə.Kərimli rəhbəri olduğu partiyanın fəaliyyətinə qiymət verib.
 
   Ə.Kərimli partiyanın uğruları barədə danışaraq ölkənin inanclı kəsimilə partiya arasındakı maneələrin aradan qaldrıdıldığını bəyan edib. Hüquqi, dünyəvi, insan azadlıqlarını tanımaq mübarizəsində inanclı kəsimlə anlaşdıqlarını vurğulayıb.  
 
   Partiyanın ölkədə rüşvətə, korrupsiyaya, talana qarşı silsilə etiraz aksiyaları təşkil etdiyi qeyd edilib. Mübarizənin bundan sonra da davam edəcəyi xəbərdalığı edib.
 
Siyasi məhbuslara məsələsinə toxunan Ə.Kərimli bütün siyasi məhbusların azad edilmələri yönündə mübarizədə öndə olacaqlarını nəzərə çatdırıb.
 
   Hakimiyyətin iqtisadi siyasətini kəskin tənqid edən Ə.Kərimli hakimiyyətin “analoqu olmayan” söylədiyi iqtisadiyyatın artıq çökdüyünü söylədi. Onun fikrincə, bu iqtisadiyyat çökməsi gözlənildirdyindən çox tez baş verib. Yalnız neft amilinə bağlı iqtisadiyyatın çöküşünün labüdlüyünü gözlənilən adlandırıb. Onun fikrincə, hazırda ölkənin iqtisadi həyatında olan problemlərə görə dövlət başçısının və komandasının birbaşa məsuliyyəti var.
 
  Daha sonra Ə.Kərimli partiyanın perspektiv fəaliyyətinə də toxunub. Onun firkrincə, partiya hazırda hakimiyyətə alternativ olan qüvvədir. O, hazırda partiyanın yeni Proqramının hazırlanmaqda olduğunu, qurultaya fasilə verərək, sənədi ictimai müzakirəyə çıxardıqdan sonra yaxın 3-4 ayda qəbul etmək istədiklərini söyləyib.
 
  Seçkilərə toxunan Ə.Kərimli seçkiöncəsi mühit demokratik seçki keçirməyə imkan vermədiyi üçün parlament seçkilərinə qatılmayacaqlarını ifadə edib.
 
   Son olaraq Ə.Kərimli partiyanın qazandığı uğruların əsasında çoxsaylı səravi üzvlərin böyük rolu olduğunu deyərək onlara təşəkkür edib.
 
  Milli Şura sədri Cəmil Həsənli, Milli Şura üzvü, dəliyyə generalı Vidadi Mirkamal, Milli Şura üzvü Gültəkin Hacıbəyli, içərişəhər “Cümə” məscidi icmasının imam-camaatı İlqar İbrahimoğlu və s. çıxış edərək partiyaya uğurlar arzu ediblər.
 
   Partiyanın fasilədən sonra davam edən hissəsində partiya sədri seçkisi keçirilib. Patiya üzvü Sahib Kərimli mövcud sədr Ə.Kərimliyə alternativ kimi namizədliyini irəli sürdü. S.Kərimli sədr seçkisinin gizli səsəvermə ilə aparılması şərtini irəli sürsə də qurultay açıq səsvermə qərəarı qəbul etdi. Buna görə də S.Kərimli namizədliyini geri götürdü. Qururltay Ə.Kərimlini yekdilliklə partiya sədri seçib.
 
  Daha sonra 65 nəfərdən ibarət partiyanın Ali Məclisi və s. qurumları seçilib.

Google+ WhatsApp ok.ru