“Nida” vətəndaş hərəkatından yeni istefa var

“Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədli hərəkat sıralarından ayrıldığını açıqlayıb. 
 
Maide.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
Ü. Məmmədli  istefasının səbəblərinə aydınlıq gətirməyib: “Bu gündən təsisçilərindən biri olduğum “Nida” Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. Bu hərəkatla çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəyəm”. 

Google+ WhatsApp ok.ru