Şəri-dini suallara cavablar - SUAL 65 31 İyul 2017 01:00 Sual-Cavab Səcdə zamanı alını möhürə qoyarkən başın tükü və yaxud baş örtüyü alınla möhür arasında fasilə salarsa, vəzifə nədir? Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: NAMAZIN HÖKMLƏRİ SUAL 65: Səcdə zamanı alını möhürə qoyarkən başın tükü və yaxud baş örtüyü alınla möhür arasında fasilə salarsa, vəzifə nədir? Bütün mərcəi-təqlidlərin rəyi: “Alını möhrün üzərindən götürmədən tük və yaxud örtük kənara çəkilməli, sonra səcdənin zikri deyilməlidir. Əlbəttə, əgər alın səcdədə lazımi miqdarda möhürə toxunubsa, tükü və yaxud örtüyü kənarlaşdırmağa ehtiyac qalmır.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1060.) Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi; Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! Teqlər : #Şəridini suallara cavablar SUAL 65, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəri-dini suallara cavablar - SUAL 64 Şəri-dini suallara cavablar - SUAL 66