Şəri-dini suallara cavablar - SUAL 81

Şəri-dini suallara cavablar - SUAL 81

-- Hansı qüsllərlə (dəstəmaz almadan) namaz qıla bilərik?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

QÜSLÜN HÖKMLƏRİ

DƏSTƏMAZI ƏVƏZ EDƏN QÜSL

SUAL 81: Hansı qüsllərlə (dəstəmaz almadan) namaz qıla bilərik?

İmam Xomeyni, Ayətullah Fazil Lənkərani, Ayətullah Behcət, Ayətullah Xamenei və Ayətullah Safi: “Yalnız cənabət qüslü verdikdən sonra (dəstəmaz almadan) namaz qılmaq olar, amma digər qüsllərdən sonra namaz qılmaq üçün mütləq dəstəmaz almaq lazımdır.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 391 və 646.)

Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: “Orta istihazə (istihazeyi-mütəvəssitə) qüslündən başqa, bütün vacib və mötəbər olan müstəhəb qüsllərlə (dəstəmaz almadan) namaz qılmaq olar; hərçənd ki, müstəhəb ehtiyata əsasən, cənabət qüslündən başqa, bütün qüsllərdən sonra dəstəmaz da alınsın.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 391 və 646; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 397; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 392 və 647; “Tozihul-məsail”, Ayətullah Məkarim Şirazi, məsələ 391 və 646.)

Google+ WhatsApp ok.ru