Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB 12 Oktyabr 2021 10:29 Hadisə Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında deyilir. Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Nəticədə, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. 10:29 Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib. Maide.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır. Teqlər : #LerikKəlvəz,#yolunda,#avtonəqliyyat,#vasitələrinin,#hərəkəti,#təmin,#olunub,#FOTO,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livanda neft anbarında yanğın olub Aeroport yolundakı qəzada 21 yaralı, 5 nəfər həyatını itirib - YENİLƏNİB