Abbas Abbasov “AzərRos”un saytını Söyün Sadıkova vermir

Son qurultayda Söyün Sadıkovun “AzərRos”un prezidenti seçilməsi ilə bağlı təşkilatın Azerros.ru saytında bu barədə heç bir məlumat yoxdur. Əvəzində saytda “AzərRos”dan uzaqlaşdrılan Abbas Abbasovun müxtəlif çıxışları yer alır.
 
Bundan başqa saytda aprelin 18-də Abbas Abbasov tərəfdarlarının keçirdiyi konfrans barədə məlumat verilib. Məlumatda Söyün Sadıkov kəskin tənqid edilib və dağıdıcılıq fəaliyyətində itiham olunub. 
 
“AzərRos”un prezidenti Söyün Sadıkov İnterpress.az-a açıqlamasında bunu “Yəqin ki, hələ məlumatı sayta yerləşdirməyə imkan tapmayıblar. "Youtube" və başqa informasiya mənbələrində məlumat var” deyə münasibət bildirib.
 
İnterpress.az-a daxil olan məlumata görə, Abbas Abbasovla Söyün Sadıkovla münasibətlərinin kəskinləşdiyi dövrdə təşkilatın saytına Abbasov tərəfdarları nəzarət edib. Qurultaydan sonra da sayt yeni rəhbərliyə təhvil verilməyib.
 
Qeyd edək ki, “AzərRos”un saytında daha əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barədə kəskin tənqidi yazı yayınlanmışdı. 

Google+ WhatsApp ok.ru