Ailələri yıxan Facebook 05 İyul 2014 01:00 Siyasət Sosial şəbəkələr və ər-arvad münasibətləri arasında birbaşa asılılıq var. Sosial şəbəkələrə aludəçilik sevimli insanla ayrılığa səbəb olur. Maide.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Boston universitetinin alimləri bu qənaətə gəliblər. Sosial şəbəkələr və ər-arvad münasibətləri arasında birbaşa asılılıq var. Sosial şəbəkə istifadəçiləri boşanma haqqında daha tez-tez düşünürlər. Facebook-a aludəçilik ailədə gərginlikdən və gözlənilən boşanmadan xəbər verir. Bostonlu alimlər professor Ceyms Katçevin rəhbərliyi altında 43 Amerika ştatında boşanmaların səviyyəsini analiz ediblər və səbəbləri müqayisə ediblər. Aydın olub ki, boşanmalara əsas səbəb Facebook-dan istifadədir. İkinci dərəcəli səbəblər isə işsizlik, dərinin rəngi, yaş həddi və sairədir. Texas universitetinin alimləri 18-39 yaş arasında 1160 ailə arasında sorğu keçiriblər. Sual belə olub; ailə həyatınızdan razısınızmı? Cavablardan məlum olub ki, sosial şəbəkələrdən istifadə etməyənlər, aktiv istifadəçilərə nisbətən 11,4% çox razılıq bildirib. Bununla belə, hər 3 aktiv istifadəçidən 1-i (32%) boşanma haqqında düşünür. Bu, sosial şəbəkələrdən istifadə etməyənlərdən 2 dəfə çoxdur. Teqlər : #Ailələri yıxan Facebook, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Azərbaycan ciddi bir seçim qarşısındadır” Putinin Azərbaycana qarşı qorxulu “B planı”– təhlil
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video