Almaniyada ilk dəfə Ramazan festivalı keçirilib

Almaniyanın Köln şəhərində ilk dəfə Ramazan festivalı keçirilib.
 
Bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
 
Xəbərə görə, tədbir Hollandiyanın mehtərlər ansamblının marşı ilə başlayıb.
 
Festival Ramazan ayı ərzində 14 min kv. metr ərazidə keçiriləcək. 76 iş adamı həmin ərazidə köşk qurub. Tədbirə gələnlər çay, qəhvə və sələb kimi milli içkilərə qonaq edilirlər.

Google+ WhatsApp ok.ru