AİP rəhbərliyi Mina faciəsi ilə əlaqədar İran səfirliyindəki tədbirə qatılıb

Bu gün həcc mövsümündə bir çox iranlı hacıların Mina faciəsində ölümü ilə əlaqədar dövlət rəsmiləri, siyasi partiya nümayəndələri və Azərbaycan Respublikasında yerləşən xarici diplomatlar öz ürək sözlərini və başsağlığını bildirmək üçün İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin 1-ci binasına gəliblər.
 
Azərbaycan İslam Partiyasının rəhbərliyi də sözügedən mərasimə qatılaraq, İranın Azərbaycandakı səfiri Mohsen Pak Ayinlə görüşərək baş vermiş faciə ilə bağlı İran xalqına və dünya müsəlmanlarına baş sağlığı verib.
 
Görüşdən sonra AİP rəhbərliyi səfirlikdə açılmış xatirə kitabına öz ürək sözlərini qeyd edib.

Google+ WhatsApp ok.ru