Avropalı səyahətçilər üçün bir ilkə imza atılıb 17 Oktyabr 2014 01:00 Maraq dünyası Onlar qatarla İranı gəzəcəklər Avropalı səyahətçilərin İrana səfər etməsi üçün xüsusi şirkətlərdən biri qatarla tur təşkil edib. Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Avropalı turistlər VİP qatarla İrana səyahati təşkil olunub. Budapeşt - Tehran VİP səyahət qatarı oktyabrın 14-də Budapeştdən yola düşüb. Qatarın kupelərində hamam, tualet və səyahət üçün lazım olan hər bir şərait var. Budapeştdən Tehrana səfərin qiyməti 9 min - 20 min pond arasıdır. Qiymətləri baha olsada bilətlərin hamısı satılıb. Məlumata əsasən, biletlərin çoxu Avstraliya və Britaniya vətəndaşlar tərəfindən alınıb. İran qatarın ölkə ərazisində təhlükəsizliyinin tam təmin edəcəyini bildirib. Qatar Budapeştdən -Rumıniyaya oradan isə Bolqarıstan və Türkiyə vasitəsi ilə İran ərazisinə daxil olacaq. Sərnişinlər səfər müddətində qatarda gecələyəcəklər və İranın müxtəlif şəhərlərini gəzəcəklər. / Teqlər : #Avropalı səyahətçilər üçün bir ilkə imza atılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Sürü psixologiyası` 150 qoyunun ölümünə səbəb oldu Almaniyada ali təhsil pulsuz oldu