`Sürü psixologiyası` 150 qoyunun ölümünə səbəb oldu 16 Oktyabr 2014 01:00 Maraq dünyası Türkiyənin Karaman vilayətində “Sürü psixologiyası” 150 qoyunun ölümünə səbəb oldu. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib. Məlumata əsasən, vilayətin dağlıq ərazilərində otlayan sürüdəki qoyunlardan biri 50 metrlik dağdan atlandıqdan sonra arxasınca 200 qoyun da dağdan atılıb. Nəticədə sürüdə olan 150 qoyun tələf olub. Yalnız 10 qoyunun dağdan atlamasının qarşısı alınıb. 40 qoyun isə yaralanıb. / Teqlər : #`Sürü psixologiyası` 150 qoyunun ölümünə səbəb oldu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda su tramvayı olacaq Avropalı səyahətçilər üçün bir ilkə imza atılıb