Azərbaycan XİN Rusiya telekanalının əməlini qəti şəkildə pisləyib 07 Dekabr 2015 02:00 Siyasət “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir.” Maide.az xəbər verir ki, bu barədə Rusiyanın “Lifenews” telekanalında Azərbaycanın xəritəsinin təhrif olunduğu videosüjetə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi məsələ ilə əlaqədar lazımı tədbirlər görəcək: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir. Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır. "Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir”. Xatırladaq ki, dekabrın 5-də "Lifenews"da efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif edilib. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə göstərilməyib. Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur. Teqlər : #Azərbaycan XİN Rusiya telekanalının əməlini qəti şəkildə pisləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Millət vəkili Baş Prokurorlu kəskin tənqid etdi Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video