BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi qaldırıla bilər 29 Fevral 2016 02:00 Siyasət Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer BMT Təhlükəsizlik Şurasında hesabatla çıxış edəcək. Virtualaz.org ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, hesabat bu təşkilatla BMT arasında əməkdaşlığa həsr olunub və ənənəvi xarakter daşıyır. Gözlənilir ki, Valter Ştaynmayer məruzəsinin əsas hissəsini Ukraynanın şərqindəki vəziyyətə həsr edəcək. Lakin onun Dağlıq Qarabağ, Dnestryanı bölgə və Gürcüstan ərazisindəki münaqişələrlə bağlı vəziyyətə də toxunacağı gözlənilir. Formal olaraq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının gündəliyində yer almır, ancaq münaqişə zonasında gərginliyin yüksək olması, müntəzəm toqquşmalar ATƏT-i və Təhlükəsizlik Şurasının üzvlərini narahat edir. Teqlər : #BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi qaldırıla bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək Rusiya baş nazirinin müavini Azərbaycana səfərə gəlib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video