Dünyada ilk sürücüsüz taksi fəaliyyətə başladı 25 Avqust 2016 01:00 Maraq dünyası Sinqapurun “nuTonomy” şirkəti dünyada ilk sürücüsüz taksini xəttə buraxıb. “nuTonomy” şirkətinin pilotsuz avtomobil parkı hazırda 6 avtomobildən ibarətdir. Ancaq şirkət bu sayı 2016-cı ilin sonuna qədər 12 maşına qədər artırmağı planlaşdırır. 2018-ci ilə qədər “nuTonomy” Sinqapurdakı bütün taksiləri “Renault Zoe” və “Mitsubishi i-MiEV” markalı elektromobillərlə əvəz etmək niyyətindədir. İlkin mərhələdə sürücüsüz taksi xidməti şəhərin iş mərkəzinin 2,5 kvadrat mil ərazisində işləyəcək. (fins.az) / Teqlər : #Dünyada ilk sürücüsüz taksi fəaliyyətə başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskvada pilotsuz elektrik avtobusu təqdim olundu - FOTO Bambaşqa kitab dükanı - FOTO