Moskvada pilotsuz elektrik avtobusu təqdim olundu  - FOTO

Moskvada pilotsuz elektrik avtobusu təqdim olundu - FOTO

 
Moskvada keçirilən avtosalonda “Şatl” layihəsinin təqdimatı olub.
 
Verilən xəbərə görə, “NAMİ” Elmi Tədqiqat Avtomobil və Avtomotor İnstitutu tərəfindən hazırlanmış pilotsuz elektrik avtobusu konsepti iştirakçılara nümayiş etdirilib.
 
Layihənin ilkin məqsədi sərnişinin marşrutuna uyğunlaşan avtobus yaratmaqdır. Nəzərdə tutulur ki, sərnişin öz smartfonu vasitəsilə “şatl” çağırır və gedəcəyi məntəqəni qeyd edir. Avtobus marşrut xəttini tərtib edir və elə edir ki, gedişin daha tez başa gəlməsi üçün lazım olduqda yolda sərnişini başqa nəqliyyat vasitəsinə mindirmək mümkün olsun.
 
Avtobus təkərlərin idarəolunan tam dönüş sxemi ilə təchiz edilib. Bir və ya iki elektrik mühərrikinin quraşdırılmasından asılı olaraq, 27 və 54 at gücünə sahib olacaq. Uzunluğu 4,6 metr, eni 2 metr, hündürlüyü 2,5 metrdir. “Şatl” 12 sərnişin tutur, onlardan 6-sı oturur, qalanı isə ayaq üstdə dayanır. (lent.az) /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru