Dövlət dilin korlayanlara veriləcək ağır cəza 10 Dekabr 2015 02:00 Mədəniyyət Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarı artırılır. Cərimələrin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub. Yeni Məcəllə qəbul olunduqdan sonra Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 12 000 manatdan 16 000 manatadək məbləğdə cərimə ediləcək. Xatırladaq ki, hazırki qanunvericiliyə görə fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. Teqlər : #Dövlət dilin korlayanlara veriləcək ağır cəza , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünün üzərindəki örtük götürülüb MTRŞ: Radio və televiziyalarda Azərbaycanın ədəbi dil qaydalarının pozulması adi hala çevrilib
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək