Şekspirin 1 sterlinqə satılan kitabı indi 5.5 milyon dollardır - FOTO

Vilyam Şekspirin bütün əsərlərinin cəmləşdiyi ilk kitab olan 1623-cü il tarixli "Birinci Folyo"nun bir nüsxəsi Fransanın St.Omar şəhərindəki yerli kitabxanada tapılıb.
 
Maide.az xəbər verir ki, bütün dünyada yalnız 230 nüsxəsi olan kitab "Maqbet" kimi bəzi klassikləşmiş Şekspir tamaşalarının da yer aldığı yeganə kolleksiya olmaq xüsusiyyətini də saxlayır.
 
Mütəxəssislər Şekspirin ölümündən 7 il sonra çap edilən və yalnız 1 sterlinqə bazara çıxarılan kitabın yeni kəşf edilən 230-cu nüsxəsinin hərracda ən azı 5.5 milyon dollar gəlir gətirəcəyini bildirirlər.
 
Fransada olan "Birinci Folyo"nun 30 səhifəsinin əksik olduğu, ancaq buna baxmayaraq, əsərin olduqca yaxşı şəkildə qorunduğu bildirilir. 
 

Google+ WhatsApp ok.ru