Ermənilər Robert Sekutun səfir təyin olunmasına qarşıdırlar

Ermənilər Robert Sekutun Azərbaycana səfir təyin olunmasından əndişələniblər.
 
Bu gün ABŞ-da Senatın xarici əlaəqələr üzrə Komitəsi Robert Sekutun Azərbaycana yeni səfir təyinatını müzakirə edərək öz mövqeyini açıqlayacaq.
 
Amerikada fəaliyyət göstərən erməni Milli Konqressi isə R. Sekutun Azərbaycana təyinat almasından narahat olduğunu ifadə edib və bununla bağlı Senata və Konqressə müraciət ünvanlayıb. Ermənilərin ünvanladığı məktubda R.Sekutun namizədliyi müzakirə olunan zaman məsələnin diqqətlə öyrənilməli olduğu vurğulanıb. Belə ki, o Azərbaycana sfir təyinatı alacağı təqdirdə regionda hansısa gərginliyin yaranmamasına və fərqli düşüncəyə imkan verib-verməyəcəyi öyrənilsin.
 
Qeyd edək ki, ermənilər bundan öncə Metyu Brayzanın da Azərbaycana səfir təyinatına ciddi etiraz etmişdi və nəticədə onun namizədliyi Senatda və Konqresdə müzakirədən keçməmişdi. Ermənilər növbəti belə bir kampaniyanı yeni səfir R. Sekutla bağlı da aparmağa başlayıblar. Yəni yeni səfirə də anoloji təzyiq metodunu seçiblər.
 

Google+ WhatsApp ok.ru