`Facebook`da foto paylaşmaq mümkün olmayacaq

Sosial şəbəkənin yeni funksiyası hər fotonu paylaşmağa imkan verməyəcək.

Sosial şəbəkə “Facebook”daha bir yeni funksiyasinı təqdim edəcək.

ANS PRESS-in məlumatına görə, bu funksiyası ilə hər fotonu paylaşmaq mümkün olmayacaq.

"Facebook” da yaradılan “rəqəmsal köməkçi” sayəsində gələcəkdə istifadəçinin icazəsi olmadan başqası tərəfindən yüklənən fotoların da təsbit edilməsinə kömək edəcək. 

Belə ki, "Facebook" foto paylaşdığınız zaman istifadəçiyə müdirinin və ya ananın bunu görmək istədiyinə əminsən? kimi suallar verəcək. 

Onu da qeyd edək ki, hazırda “Facebook” da simaların tanınmasına və istifadəçilərin fotolarda dostların etiketləyə biləmələrinə kömək edən "görüntü tanıma" texnologiyasından istifadə edilir. 

Bir sonrakı addımda paylaşılan mətnlərin yoxlanılması və uyğun etiketlərin avtomotik olaraq tövsiyyə olunması da mümkün olacaq.  /

Google+ WhatsApp ok.ru