Gürcüstanın NATO-dakı səfiri istefa verib 06 Noyabr 2014 02:00 Siyasət Gürcüstanın NATO-dakı səfiri istefa verib. Maide.az xəbər verir ki, bu barədə səfir Levan Dolidze bu gün baş nazir İrakli Qaribaşviliyə məlumat göndərib. Xəbəri L. Dolidze "Mayestro" televiziyasına təsdiqləyib. Qeyd edək ki, Gürcüstanın NATO-dakı səfiri Levan Dolidze Gürcüstan parlamentinin Avropa və avrointeqrasiya komitəsinin sədri Viktor Dolidzenin qardaşıdır. V. Dolidze İrakli Alasaniyanın lider olduğu "Bizim Gürcüstan-Azad demokratlar" partiyasının liderlərindən biridir. APA-nın məlumatına görə, bu gün partiya "Gürcü Arzusu" koalisiyasından ayrıldığını bəyan edib. Partiyanın lideri, Gürcüstanın Müdafiə Naziri İrakli Alasaniya isə baş nazir İrakli Qaribaşvili tərəfindən istefaya göndərilib. Müdafiə nazirindən sonra daha iki nazir və üç nazir müavini istefa verib. Teqlər : #Gürcüstanın NATOdakı səfiri istefa verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP Milli Şuranın mitinqinə qoşulmağa qərar verdi Azərbaycan İslam Partiyası terrorçu İsrail rejiminə etiraz bəyanatı yaydı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video