Gürcüstan XİN: `Dağlıq Qarabağda keçirilən `seçki`ni tanımırıq`

Rəsmi Tbilisi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən "seçki"ni tanımır. Bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
 
Bəyanatda bildirilib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.
 
Gürcüstan XİN Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində tərəflərin səylərini artıracağına ümidvar olduğunu bildirib. 

Google+ WhatsApp ok.ru