Həsən Nəsrullah Məhəmməd Cavad Zəriflə görüşüb 08 Noyabr 2016 02:00 Siyasət Ötən gün Livana səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Beyrutda Hizbullah müqavimət hərəkatının lideri höccətül-islam Həsən Nəsrullahla görüşüb. əl-Aləmə istinadla xəbər verir ki, tərəflər Livanda son naliyyətli siyasi vəziyyətilə yanaşı Suriya və İraqdakı prosesləri də müzakirə ediblər. İran XİN rəhbəri ötən gün Beyrutda bu ölkənin prezidenti Mişel Oun, xarici işlər naziri Cubran Basillə və Fələstin hərəkatlarının rəhbərləri və nümayəndələri ilə görüşmüşdü. İranın XİN rəhbərini bu səfərdə rəsmi Tehranın 30 nəfərlik ticari heyəti də müşayiət edir. Xatırladaq ki, livanlılar 900 gündən sonra ölkənin yeni prezidentini (General Mişel Oun) seçiblər. Ekspertlər bildirir ki bu nəticə Səudiyyə Ərəbistanı və İsrailin Livandakı maraqlarına sarsıdıcı bir zərbədir. (islaminsesi) / Teqlər : #Həsən Nəsrullah Məhəmməd Cavad Zəriflə görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Azərbaycanla viza rejiminin mərhələli ləğvini istəyir İran rəsmisi: “Ermənistan vasitəsi ilə Gürcüstanla qazın nəqli ilə bağlı heç bir müqavilə imzalanmayıb”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video