Hüseyn Məlik: “Müsavat Partiyasından istefa verməmişəm”

“Müsavat Partiyasından istefa verməmişəm”. Bunu APA-ya açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik deyib.
 
H. Məlik bildirib ki, partiyadan istefa verməyib, fəaliyyətini dayandırıb: “Sadəcə, bildirmişəm ki, partiyadakı fəaliyyətimi hələlik dayandırıram. Bundan sonrakı fəaliyyətim Müsavatın qurultayının nəticəsindən asılı olacaq”.
 
O, Müsavat başqanlığına kimin namizədliyini dəstəklədiyini də açıqlayıb: “Mənim mövqeyim aydındır. Hələ, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında olarkən demişdim ki, seçkilərdə Qubad İbadoğlunun namizədliyini dəstəkləyəcəyəm”. 

Google+ WhatsApp ok.ru