Imam Rzanın (ə) hərəmində hər gün 12 mindən çox zəvvar iftar edir - VİDEO

Artıq 10 ildən çoxdur ki, "İkram Rəzəvi" ziyafəti qurulur.  Mübarək Ramazan ayında hər gün  İmam Rzanın (ə) hərəmində  3 min metr uzunluğunda süfrə sərilir və 12 min nəfərdən çox zəvvar və qonağa iftar verilir.  

Maide.Az xəbər verir ki, ümumilikdə Ramazan ayı boyunca  360 min nəfər zəvvar İmam Rzanın (ə) hərəminin iftar süfrəsinin qonağı olur. Bu iftar süfrəsində hər gün 500 nəfərdən çox insan xidmət göstərir.  

Qeyd edək ki, əlavə olaraq  hər gün təqribən 2000 nəfərə isə  iftar bağlamaları  təqdim olunur.  

Google+ WhatsApp ok.ru