Lavrov: `Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır` 03 Aprel 2017 01:00 Siyasət "Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır". Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində dərc olunan məqaləsində qeyd edib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş yazısında S. Lavrov bildirib ki, Rusiya digər həmsədr ölkələr olan Fransa və ABŞ-la birlikdə tərəflərə münaqişənin davamlı həllinə nail olmaq istiqamətində kömək edir: “Bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur. Bir sıra razılıqlar əldə olunur. Bir neçə məsələ qalıb, lakin bu məsələlər ən çətinidir. İşin nəticəsi ilk növbədə tərəflərin siyasi iradəsindən, kompromisli qərara hazır olmasından və uyumluluq nümayiş etdirməsindən asılıdır”. (apa) / Teqlər : #Lavrov: `Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sergey Lavrov: “Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb” Rusiyalı ekspert: `İran və Türkiyənin iştirakı ilə yeni platforma Qarabağ məsələsini həll edə bilər`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video