Lavrov Qarabağa görə Astanaya gedir 06 Avqust 2014 01:00 Siyasət Moskva Azərbaycanla Ermənistan arasında sülh üçün şərtlərini açıqladı Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstana səfər edir. Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Erlan İdrisovla Ust-Kamenoqorsk şəhərində görüşəcək. Rusiya mətbuatı görüşdə Dağlıq Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağını ehtimal edib. Məlumatlara görə, Lavrov dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Avrasiya iqtisadi inteqrasiyasına heç bir dəxli yoxdur. Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, vəziyyətin sabitləşdirməsi üçün “Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir”. Teqlər : #Lavrov Qarabağa görə Astanaya gedir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Musa Quliyev: `Beynəlxalq təşkilatlar bu mövqelərindən utanmalıdırlar` Azərbaycan və İran arasında bir sıra razılaşma əldə edilib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video