MÜBARƏK RAMAZAN AYINDA OXUNAN DUALARDAN – HƏCC DUASI -1 (AUDIO)

Şeyx Kuleyni “Kafi” kitabında Əbu Bəsirdən nəql edir ki, imam Sadiq (ə) mübarək Ramazan ayında hər gün bu duanı oxuyardı:

اللَّهُمَّ إِنِّي بِكَ وَ مِنْكَ أَطْلُبُ حَاجَتِي وَ مَنْ طَلَبَ حَاجَةً إِلَى النَّاسِ فَإِنِّي لا أَطْلُبُ حَاجَتِي إِلا مِنْكَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ أَسْأَلُكَ بِفَضْلِكَ وَ رِضْوَانِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَنْ تَجْعَلَ لِي فِي عَامِي هَذَا إِلَى بَيْتِكَ الْحَرَامِ سَبِيلا حِجَّةً مَبْرُورَةً مُتَقَبَّلَةً زَاكِيَةً خَالِصَةً لَكَ تَقَرُّ بِهَا عَيْنِي وَ تَرْفَعُ بِهَا دَرَجَتِي وَ تَرْزُقَنِي أَنْ أَغُضَّ بَصَرِي وَ أَنْ أَحْفَظَ فَرْجِي وَ أَنْ أَكُفَّ بِهَا عَنْ جَمِيعِ مَحَارِمِكَ حَتَّى لا يَكُونَ شَيْ‏ءٌ آثَرَ عِنْدِي مِنْ طَاعَتِكَ وَ خَشْيَتِكَ وَ الْعَمَلِ بِمَا أَحْبَبْتَ وَ التَّرْكِ لِمَا كَرِهْتَ وَ نَهَيْتَ عَنْهُ وَ اجْعَلْ ذَلِكَ فِي يُسْرٍ وَ يَسَارٍ وَ عَافِيَةٍ وَ مَا أَنْعَمْتَ بِهِ عَلَيَّ وَ أَسْأَلُكَ أَنْ تَجْعَلَ وَفَاتِي قَتْلا فِي سَبِيلِكَ تَحْتَ رَايَةِ نَبِيِّكَ مَعَ أَوْلِيَائِكَ وَ أَسْأَلُكَ أَنْ تَقْتُلَ بِي أَعْدَاءَكَ وَ أَعْدَاءَ رَسُولِكَ وَ أَسْأَلُكَ أَنْ تُكْرِمَنِي بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ وَ لا تُهِنِّي بِكَرَامَةِ أَحَدٍ مِنْ أَوْلِيَائِكَ اللَّهُمَّ اجْعَلْ لِي مَعَ الرَّسُولِ سَبِيلا حَسْبِيَ اللَّهُ مَا شَاءَ اللَّهُ

DUANIN OXUNUŞU

Əllahummə inni bikə və minkə ətlubu hacəti, və mən tələbə hacətən ilən-nasi fəinni la ətlubu hacəti illa mink, vəhdəkə la şərikə lək, və əs`əlukə bifəzlikə və rizvanik, ən tusəlliyə əla Muhəmmədin və əhli bəytih, və ən təc`ələ li fi ami haza ila bəytikəl həram, səbilən hiccətən məbrurətən mutəqəbbələtən zakiyətən xalisətən lək, təqərru biha əyni və tərfəu biha dərəcəti və tərzuqni ən əğuzzə bəsəri, və ən əhfəzə fərci və ən əkuffə biha ən cəmii məharimik, hətta la yəkunə şəy`un asərə indi min taətikə və xəşyətik, vəl əməli bima əhbəbtə, vət-tərki lima kərihtə və nəhəytə ənhu, vəc`əl zalikə fi yusrin və yəsar, və afiyətin və ma ən`əmtə bihi ələyy, və əs`əlukə ən təc`ələ vəfati qətlən fi səbilik, təhtə rayəti nəbiyyikə məə əvliyaik, və əs`əlukə ən təqtulə bi ə`daəkə və ə`daə rəsulik, və əs`əlukə ən tukriməni bihəvani mən şi`tə min xəlqik, və la tuhinni bikəraməti əhədin min əvliyaik. Əllahumməc`əlni li məər-rəsuli səbila, həsbiyəllahu ma şaəllah.

DUANIN TƏRCÜMƏSİ

İlahi, mən öz hacətimi yalnız Səndən və Sənin vasitənlə istəyirəm, hər kəs də hacətini camaatdan istəyirsə istəsin, mən isə hacətimi başqasından yox, yalnız Səndən diləyirəm. Sən təksən və Sənin heç bir şərikin yoxdur. Səndən istəyir və Sənə and verirəm Öz lütf və razılığını, Mühəmməd və onun Əhli-beytinə salam yetir, bu il Öz evinin ziyarətinə getmək üçün bir yol aç ki, həccim yaxşı, qəbul olunmuş, pak və Sənin üçün xalis olsun, onunla qiyamətdə gözlərimi işıqlandır və məqamımı ucalt. Gözlərimi haramdan örtməyi, iffət və həyamı qorumağı, həcc ziyarəti ilə özümü haram etdiyin bütün işlərdən saxlamağı nəsib et ki, mənim nəzərimdə heç bir şey Sənə itaətdən, Sənin dərgahında qorxmaqdan, sevdiyin işlərə əməl etməkdən, qadağan etdiyin və bəyənmədiyin işlərin tərkindən sevimli olmasın. Bunu da mənə nemət verdiklərinlə birgə asan, rahat və sağlamlıq qərar ver. Səndən istəyirəm ki, ölümümü Sənin yolunda qətlə yetirilməkdə, övliyaların və dostlarınla birgə Peyğəmbərinin dininin bayrağı altında qərar verəsən. Səndən istəyirəm ki, Öz düşmənlərini və Peyğəmbərinin düşmənlərini mənim əlimlə qətlə yetirəsən. Səndən istəyirəm ki, məxluqatından istədiyin bir kəsin xar olması ilə məni əziz etsən də, Öz övliyalarından birini əziz tutmaqla məni xar etməyəsən. İlahi, yolumu Öz Peyğəmbərinin yolu ilə bir qərar ver. Allah mənə bəsdir və Onun istəyi gözəldir.

(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri – müştərək əməllər” bölümü.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru