Mehman Əliyev: “Azərbaycan hökumətinə 2015-ci ilin yanvar ayınadək vaxt verilib”

“İşçi Qrupu”nun 6 illik fasilədən sonra yenidən fəaliyyətə başlaması bəzi insanlarda müəyyən ümidlər yaradıb. Belə ki, bu qrupun tərkibində olan "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, gələn ildən mərhələ-mərhələ siyasi məhbuslar azadlığa buraxılacaq: “Demək olar ki, böyük əksəriyyəti həbsdən çıxacaq”

Bu fikirlərini Deyerler.org-a bəzi faktlarla əsaslandıran M.Əliyev deyib ki, Qərbdən ölkədə gedən proseslərə çox ciddi mesajlar verilir: “Hakimiyyət təbii ki, öz gücünü nümayiş etdirməkdə israrlıdır. Amma mənim bu cür fikirləri söyləməkdə müəyyən əsaslarım var. İlk olaraq onu deyim ki, 2015-ci ilin yanvar ayıında AŞ PA-nın sessiyası keçiriləcək və ölkədə gedən proseslərə bir daha diqqətlə baxılacaq. Azərbaycan hökumətinə 2015 yanvar ayınadək vaxt verilib. Son iki aydır ki, Qərbdən ölkədə gedən prosesslərə çox ciddi mesajlar verilir. Azəırbaycan hakimiyyəti Avropa Şurası və digər insititutlarla bu məslələrlə bağlı müzakirələr aparır. Elə bu müzakirələrin nəticəsi olaraq “İşçi Qrupu” yaradılıb. Təbii ki, birdən birə siyasi məhbusların azadlığa çıxması məsələsi çətin məsələdir. Bu baxımdan mən bu prosesin mərhələli şəkildə olacağını düşünürəm. AŞ PA-nın sessiyasına qədər müəyyən proseslər aparılmalıdır. Daha sonra isə Yay Olimpia Oyunları gəlir. Avropada fəaliyyət göstərən insititutlar bir çox məsələlərlə Azərbaycanın imicinə ciddi xələl gətirə bilərlər. Azərbaycan hakimiyyəti isə bunda maraqlı deyil. Ya ölkə rəhbərliyi Olimpiadadan imtina etməlidir, ya da nə isə başqa formada nə isə etməlidir. Daha sonra isə parlament seçkiləri gəlir. Ümumiyyətlə bir sıra faktorlar var ki, bu məsələlərin həlli üçün üçün zəmin yaradır”.   /

 

Google+ WhatsApp ok.ru