Ümid Partiyası matəm elan olunmasına çağırır

İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
 
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, gedən şiddətli atışmalarda ordumuzun 8 hərbçisi həlak olub. Eyni gündə Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənin həmləsini dəf edərkən də  Azərbaycan Silahlı Qüvvələri 3 hərbçisini itirib. Azərbaycan ordusu bir gündə 11 şəhid verib.
 
Atəşkəs dövrü olmasına baxmayaraq son günlər işğalçı Ermənistan silahlı qüvvələrinin diversiya qrupları işğal olunmuş Azərbaycan torpaqlarından mütəmadi olaraq təmas xəttini keçməyə cəhd edir, atəşkəs rejimini pozur, Azərbaycanı müharibəyə təhrik edir. Torpaqlarımızın işğalı  az deyilmiş kimi bu hücumların qarşısını alarkən  Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri şəhid olur. Təəssüflər olsun ki, bu beynəlxalq aləmin gözləri qarşısında baş verir və  beynəlxalq güclər  hələ də işğalçı Ermənistanın  hərəkətlərinə göz yumurlar.
 
maide.az-ın məlumatına görə, Ümid Partiyası Qarabağ probleminin sülh yolu ilə həllini istəyən, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına çalışan ölkələri və beynəlxalq təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün bu ölkəyə sanksiyalar tətbiq etməyə  çağırııb: "Azərbaycan hakimiyyətini isə hər gün atəşkəs rejiminin pozulmasını, Ermənistan tərəfindən müharibəyə təhrik edilməsini, bir gündə 11 hərbiçimizin şəhid olmasını beynəlxalq güclərin diqqətinə çatdırmaq üçün tədbirlər görməyə, ölkə ərazisində bir günlük matəmin elan olunmasına çağırırıq. "

Google+ WhatsApp ok.ru