Milli Şura mayın 30-da mitinq keçirəcək

Milli Şura mayın 30-da mitinq keçirəcək.
 
Bu barədə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXC) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib.
 
O bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin bugünkü toplantısında mayın 30-da mitinq keçirməklə bağlı məsələ müzakirə edilib: “Bakı Şəhər İcra Hakimiyyətinin müraciətimizə mayın 30-u üçün icazə verməsini nəzərə alaraq, həmin tarixdə mitinq keçirmək məqsədəuyğun hesab edildi”.
 
Qeyd edək ki, BŞİH Milli Şuranın mitinq keçirməsi ilə bağlı müraciəti müsbət cavablandırıb və mayın 30-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.

Google+ WhatsApp ok.ru