Milli Şuranın mitinqi təxirə salınıb

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mitinqlə bağlı cavab məktubunu müzakirə edib. Bu barədə qurumun Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, bu gün Milli Şuranın Koordinasiya Şurasının toplantısı olub və növbəti mitinqin mayın 16-da keçirilməsi məqsədə uyğun sayılmayıb. 
O.Gülalıyev bildirib ki, icra hakimiyyətinin cavabı qanunvericiliyə zidd olduğuna görə məhkəməyə müraciət edəcəklər: "Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqə razılıq vermədiyi üçün məhkəməyə verilib. Onların mayın 17-nə təyin etdiyimiz aksiyaya da razılıq vermədiklərinə görə, məhkəməyə müraciət edəcəyik".
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul”) 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək keçirilməsinə razılıq verib.
Milli Şura isə mitinqi mayın 17-də keçirməyi planlaşdırırdı.

Google+ WhatsApp ok.ru