Müsavatda seçki saxtakarlığı olub

Bu gün Müsavat Partiyasının növbəti Məclis iclası keçirilib. 
 
Tədbirdə çıxış edən başqan Arif Hacılı bildirib ki, Səbail rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik".
 
***
Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) 7 yerə 8 namizəd var. Onlardan biri qadındır. Sabunçu rayon təşkikatının üzvü Rəna Həsənov vicdan məhbusu Elşən Həsənovun yoldaşıdır. Hər kəsin bu qadına səs verib seçməsi məcburidir.
 
***
Bu dəfə ki Məclis iclasına da Qubad İbadoğlunun tərəfdarları qatılmayıb. Vurğun Əyyub, Ellada Məmmədli, Hikmət Hacızadə və digərləri iclasda iştirak etmir.
 
***
Məclisə bu gün 26 yerə seçki keçiriləcək. "Qafqazinfo"nun verdiyi xəbərə görə, 11 oktyabr seçkilərində namizəd olub seçilməyən şəxslərdən bu dəfə də təkrat namizəd olanlar var: "Bunlar Əhəd Məmmədli, Gülağa Aslanlı, Tural Abbaslı, Cavid Hacıbəyli, Rüfət Hacıbəyli, Cavanşir Abbasdır".
 
Ümumilikdə 26 yerə 42 namizəd var.

Google+ WhatsApp ok.ru