Müsavat qurultay keçirtmək üçün Əmircana gedəcəkmi?

Mehman Cavadoğlu: “Qurultayın təxirə salınması variantı artıq yoxdur”

Məlum olduğu kimi, Müsavat Partiyası öz qurultayını keçirmək üçün sentyabrın 27-nə vaxt təyin edib. Partiya bir müddət öncə qurultaya yer ayrılması ilə bağlı BŞİH-nə müraciət ünvanlamışdı. Bu gün Bakı meriyasından partiyanın müraciətinə cavab verilib.
 
Bakı meriyası Müsavatın qurultay keçirməsi üçün yenidən Əmircanda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini münasib bilib. Partiya isə müraciətində 800-1000 nəfərlik tutuma malik olan  Opera və Balet Teatrını istəmişdi. İndiyə Müsavatın qurultay keçirtmək cəhdləri məhz yer problemi ucbatından baş tutmamışdı.
 
Maraqlıdır, görəsən Müsavat bu dəfə də qurultayın vaxtını dəyişəcəkmi? 
 
Müsavat başqanının müavini Mehman Cavadoğlu musavat.com-a açıqlamasında bunları deyib: “BŞİH-nin ayırdığı yer müzakirə olunacaq. Böyük ehtimalla qurultay keçiriləcək. Harada keçirilməsi məsələsi yəqin ki, müzakirədən sonra məlum olacaq. Qurultayla bağlı bütün variantların ola biləcəyi istisna edilmir. Müzakirələrin nəticəsində ictimaiyyətə  geniş məlumat veriləcək. Qurultayın təxirə salınması variantı artıq yoxdur. Ehtimal ki, qurultay baş tutacaq”.

Google+ WhatsApp ok.ru