Müxalifətçi gənc işdən çıxarılıb 12 May 2015 01:00 Siyasət Biləsuvar rayonunda fəal və tanınmış müxalifətçilərdən olan, müxalifətin (Milli Şura) son iki mitinqində fəallıqı ilə seçilən, həmçinin işinin peşəkarı olan Cavid Məmmədzadə siyasi mənsubiyyətinə görə çalışdığı şirkətdən çıxarılıb. Maide.az-ın məlumatına görə, Cavid bəy "Treca-2009" şirkətinin Lənkəran və Şirvan bölgəsi üzrə bölgə müdiri vəzifəsində çalışırmış. Şirkətin direktoru Tural Kərimov Cavid Məmmədzadəni hər zaman siyasi mənsubiyyətinə görə sıxışdırırmış. Amma onu peşəkarlığına görə çıxara bilmirmiş. Amma 3 gün bundan qabaq işdən çıxarma barədə qərarı verib. Məlumat üçün deyək ki, şirkət dərman sahəsində payı olan şirkətdir. Əsasən "Bioxsen" şampunu ilə məhşurdur. Məhsullarının bir neçəsinin televiziyada reklamı gedir. Teqlər : #Müxalifətçi gənc işdən çıxarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfər edib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video