Nur camaatı namizədlərini açıqladı

Türkiyədə olan nur təriqətinin nümayəndələri ölkədə keçiriləcək olan prezident seçkilərində səs verəcəkləri namizədin adını açıqlayıblar.
 
Nur camaatı adlanan təriqətin bir qolu olan “Yeni Asyaçılar”, prezident seçkilərində Cümhuriyyət Xlaq Partiyasi (CHP) və Milliyətçi Xalq Partiyasından (MHP) namizəd olan Əkmələddin İhsanoğluna səs verəcəklərini açıqlayıblar.
 
Bununla bağlı Gülənə məxsus televiziya kanallarında birində yayımlanan proqrama qonaq gələn Yeni Asya qəzetinin baş direktoru Kazım Güləçyüz açıqlama verib. 
 
O, dövlətin bir başa dindarlaşdırılmasının əleyhinə olduqlarını söyləyib.
 
Güləçyüz ölkə baş naziri Rəcəb Tayyib Ərdoğanın “nurçuluğ”u öz nəzarəti altına almağa çalışdığına işarə vurub. 
 

Google+ WhatsApp ok.ru