Pənah Hüseyn iqtidar-müxalifət dialoquna qatılacaq

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sabah keçiriləcək iqtidar-müxalifət dialoqunda iştirak edəcək.
 
P. Hüseyn APA-ya bildirib ki, “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiya sədrlərinin bugünkü toplantısında dialoqda iştirak haqqında qərar qəbul edilib.
 
Xatırladaq ki, fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə növbəti iqtidar-müxalifət dialoqu keçiriləcək.
 
İlk görüş 2014-cü il dekabrın 13-də baş tutub.
 
Həmin görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak ediblər.
 
P. Hüseyn isə görüşdə iştirak etməmişdi.

Google+ WhatsApp ok.ru