`Putinin planı` müzakirə olundu 22 Sentyabr 2014 01:00 Siyasət Maide.Az İTAR-TASSa istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Təhlükəsizlik şurasının daimi üzvləri ilə Ukraynada sülh planının reallaşdırılmasını və ölkənin şərqində vəziyyətin nizamlanmasını müzakirə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib. "İclas zamanı Ukraynanın Cənub-Şərqinda sülh planın reallaşdırılması, həmçinin "Putinin planına" daxil olan bəndlərin həyata keçirilməsi müzakirə olunub", - deyə Peskov qeyd edib. İclasda baş nazir Dmitriy Medvedev, prezident administrasiyasının rəhbəri Sergey İvanov, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov, xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu və digərləri iştirak ediblər. Teqlər : #`Putinin planı` müzakirə olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sarkisyanın planları alt-üst oldu? Qubad İbadoğluna dəstək artır
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video